Fransanın PSJ klubu "Real Madrid"in 23 yaşlı yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer etməyi hədəfləyir.
“Operativ Məlumat Mərkəzi-OMM”-in "Diario AS" nəşrinə istinadən yaydığı məlumata görə, Paris təmsilçisi futbolçunun vəziyyəti ilə bağlı artıq qeyri-rəsmi sorğu göndərib.
Baxmayaraq ki, Fransa nəhəngi gənc oyunçuya ciddi maraq göstərir, Eduardo Kamavinqanın özü hazırda "Real Madrid"dən ayrılmaq niyyətində deyil.
İddialara görə, futbolçu klubunu dəyişmək istəmir və yaxın gələcəkdə də bu qərarını dəyişəcəyi gözlənilmir.
Qeyd edək ki, daha əvvəl Eduardo Kamavinqa ilə İtaliyanın "İnter" klubunun da maraqlandığı bildirilirdi.
"Transfermarkt" portalı fransalı futbolçunun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
Xatırladaq ki, oyunçunun "Real Madrid" ilə hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədədir.