Fransanın PSJ klubu bu yay komandanın əsas fiqurlarından biri olan Bredli Barkolya ilə yollarını ayıra bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, artıq Paris təmsilçisi onun yerinə potensial namizədlərin axtarışına başlayıb.
Fransa çempionu Londonun "Arsenal" klubunun hücumameyilli yarımmüdafiəçisi Qabriel Martinellini transfer etmək variantını nəzərdən keçirir.
Avropanın aparıcı klublarının diqqət mərkəzində olan Barkolya yeni müqaviləyə imza atmasa, komandanı tərk edəcək.
Bildirilir ki, "Arsenal" növbəti mövsüm üçün hücum xəttində dəyişikliklər planlaşdırdığından, Martinellinin təxminən 50 milyon funt-sterlinq müqabilində transferinə icazə verilə bilər.
Hər iki futbolçunun cari mövsümdə klub səviyyəsindəki statistikası aşağıdakı kimidir:
- Bredli Barkolya: 39 oyun, 12 qol, 7 məhsuldar ötürmə
- Qabriel Martinelli: 46 oyun, 11 qol, 6 məhsuldar ötürmə