Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

PSJ "Arsenal"ın ulduz futbolçusu üçün 150 milyon avro ödəməyə hazırdır

1 dəq
Paylaş:
PSJ "Arsenal"ın ulduz futbolçusu üçün 150 milyon avro ödəməyə hazırdır

Londonun "" klubunun hücumameyilli yarımmüdafiəçisi karyerasını dəyişə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "Goals Zone" nəşrinə istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü ilə Fransa çempionu PSJ yaxından maraqlanır.

Fransa nəhəngi heyətini gücləndirmək məqsədilə Sakanın transferi üçün ciddi büdcə ayırıb. İddialara görə, Paris bu keçid üçün "Arsenal"a 150 milyon təklif etməyə hazırlaşır.

PSJ rəhbərliyi gənc ulduzu komandaya cəlb etməklə hücum xəttindəki potensialı daha da artırmağı hədəfləyir.

Saka ötən mövsüm "Arsenal"ın heyətində ümumilikdə 49 qarşılaşmada meydana çıxıb. İngilis futbolçu bu oyunlarda 11 qol vurmaqla yanaşı, 9 məhsuldar ötürmə ilə də yadda qalıb. Qeyd edək ki, tərəflər arasında imzalanmış hazırkı müqavilənin müddəti 2030-cu ilin ortalarına qədər nəzərdə tutulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax