Psixoloqdan abituriyent və tələbələrə TÖVSİYƏLƏR

Psixoloqdan abituriyent və tələbələrə TÖVSİYƏLƏR
22.08.2023 17:05
Aa
dəq

Məlum olduğu kimi, avqustun 16-dan 28-dək abituriyentlərin ixtisas seçimi mərhələsi aparılır. İxtisas seçiminin bitməsinə 6 gün qalıb və bəzi abituriyentlər seçim barədə hələ də qərar verə bilməsə də, bəziləri həyacanla nəticələrin elan edilməsini gözləyir. Və bu, əlavə stresslərə səbəb olur. Bəs abituriyentlər bu mərhələdə nə etməldir? 

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan psixoloq Natavan Musayeva bildirib ki, burada əsəs məsuliyyət valideynin üzərinə düşür.

Psixoloq qeyd edib ki, bu mərhələdə valideyinlər övladlarına mütləq şəkildə dəstək olmalıdırlar.

“İxtisas seçimi mərhələsidə vacib amil abituriyentin özünüdərkidir. Belə ki, artıq 17-18 yaşlı şəxsiyyət olan abituriyentlər sevdiyi ixtisasa balı çatmaqdıqda belə topladıqları bala uyğun olaraq, yaxın seçim etməyi və ya özlərini analiz edərək digər ixtisaslara şans verməlidirlər. Digər tərəfədən valideynlər də bu mərhələdə böyük rol oynayırlar. Belə ki, maksimalist, tələbkar valideynlər abituriyentlərdən, məsələn 400 bal yığdığı halda hüquqşunaslıq seçmək kimi məntiqə sığmayan addımlar tələb edə bilirlər. Hüquqşunaslıq, həkimlik kimi ixtisaslarda balların olduqca yüksək olduğunu və tələbatın çox olduğunu nəzərə alsaq, bu addımın uğurlu olma ehtimalı olduqca aşağıdır. Bütün bu prosesin olduqca stresli olduğunu nəzərə alaraq valideynlər övladlarına mütləq şəkildə dəstək olmalıdır. İxtisas seçimində təbii ki, abituriyentlərin seçimi daha vacibdir, lakin bu prosesdə valideynlərlə birlikdə məsləhətləşməlidirlər”.

Stressdən qurtulmağın effektiv üsullarından danışan Natavan Musayeva abituriyentlərin diqqət etməli olduğu bir neçə məqamı qeyd edib:

“Stress pozotiv və neqativ olmaqla iki cür olur. Bu, bizim sinir sistemimizin bir reaksiyası olduğu üçün olduqca vacibdir. Həyatımızda önəmli hadisələr baş verdiyi zaman diqqətimizi yönəltmək üçün stress yaşamalıyıq. Bu zaman beynimizdən gedən siqnallar bədənimizdə müxtəlif cür təsirlər göstərir. İnsanlarda fərqli formalarda özünü göstərən bu proses bəzilərdə baş ağrısı yaratdığı təqdirdə, digərlərində tərləmə, qarınağrısı və bu kimi formalarda özünü göstərə bilir. Bütün bunlar pozitiv bir stressdir və bədənimizin normal reaksiyasıdır”.

“Neqativ stress zamanı isə biz bəzi sarsıntılar keçirə bilərik. Məsələn, huşumuzu itirə və ya imatahan zamanı hər şeyi unuda bilərik. Bu kimi neqativ stressin qarşısını almaq üçün bəzi metodlar var. Bunun üçün yuxu rejiminə diqqət etmək lazımdır. İnsanlar gün ərzində ən azı 7-8 saat yatmalıdır. 8 saatın normativ kimi qəbul olunmasına baxmayaraq, insanlar bu müddəti özünə uyğun olaraq az və ya çox olmaqla təmzinləyə bilər. Əlavə olaraq düzgün qidalanmaya diqqət yetirmək lazımdır. Çünki qida bizim bədənimizə pozitiv enerji verir. Təbii ki, gəzməyi və hava almağı da unutmamalıyıq. Ən əsası, nəzərə almalıyıq ki, ixtisas seçimi həyatımızın vacib hissələrindən biridir. Həmçinin nəzərə almalıyıq ki, biz növbəti 4 il boyunca bu ixtisasda təhsil alacağıq. Sevmədiyi ixisasda təhsil almaq ilkin olaraq tələbə üçün, daha sonra isə müəllimlər və qrup yoldaşları üçün problem yaradır”.

Universitetə qəbul olan tələbələrin adaptasiya müddətinə toxunan psixoloq bildirib ki, bu, insandan asılı olaraq dəyişir.

N.Musayevanın fikrincə, kimi insanda bu müddət 1-2 ay çəkdiyi haqda, bəzi insanlarda olduqca uzun vaxt alır.

“Tələbələrin uyğunlaşma müddəti fərqlilik təşkil edir. Bəziləri qış imtahan sessiayasına qədər tam uyğunlaşdığı halda, digərlərində bu proses üçün bir il vaxt lazım ola bilər. Düşünürəm ki, tədris ilinin başlansına qısa müddət qaldığı zaman xüsusi təlimlər keçirilə bilər. Bununla da tələbələr daha tez uyğunlaşa bilər. Əfsuslar olsun ki, ölkəmizdə belə bir təcrübə yoxdur. Düşünürəm ki, yuxarı kurs tələbələri bu prosesdə yardımçı ola bilərlər. Çünki onlar artıq dərslərin keçirilməsi ilə bağlı kifayət qədər məlumata sahibdir. Tələbə adını yeni qazanmış gənclər isə bu gedişatı yalnız dərs zamanı öyrənə bilir. Təbii ki, bu adaptasiya müddəti tələbələrdə dəyişkənlik göstərə bilir. Əlavə olaraq konfranslara, tədbirlərə, təlim və seminarlara qatılmaq da olduqca yaxşıdır. Ümumilikdə tələbələr, xüsusilə birinci və ikinci kurslarda fəal olmalıdır. Üç və dördüncü kurslar nisbətən daha məsuliyyətli olur. Belə ki, bəziləri işləyir, digərləri magistr və ya diplom işinə hazırlaşır”.

Psixoloq qeyd edib ki, adaptasiya müddətində ən çox əziyyət çəkənlər isə adətən sevmədiyi ixtisasda təhsil alan tələbələr olur.

“Onlara tövsiyyəm ondan ibarətdir ki, artıq qəbul aldıqları ixtisasa yönəlməyə çalışsınlar. Ümumiyyətlə, dünya təcrübəsi göstərir ki, insanların heç də hamısı oxuduğu ixtisas üzrə fəaliyyət göstərmir. Magistr təhsili zamanı və ya ümumiyyətlə ixtisasını dəyişmək bütün dünyada populyar praktika hesab olunur. Bunun üçün sadəcə kifayət qədər aktiv olmaq lazımdır”.

Zümrüd Allahverdi

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu