Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb

Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
16.05.2024 14:52
Aa
dəq

Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, mayın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi ilə mümkün olub.

Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Minsk Şəhər İcra Komitəsinin sədri Vladimir Kuxaryov “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum”u imzalayıblar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Qomel Şəhər İcra Komitəsinin sədri Vladimir Privalov “Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”nu imzalayıblar.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Qrodno şəhər İcra Komitəsinin sədri Andrey Xmel “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”nu imzalayıblar.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu