Operativ Məlumat Mərkəzi

Putin Fələstin probleminin ədalətli həllinə çağırıb

1 dəq
Paylaş:
Putin Fələstin probleminin ədalətli həllinə çağırıb
bunu Rusiya prezidenti Vladimir Putin deyib. “Bu faciəli hadisələr fonunda Fələstin məsələsinin beynəlxalq səviyyədə tanınmış ədalətli həlli xüsusilə...

Bölgədə artan gərginliyi nəzərə alsaq, İsrail və Fələstin arasındakı münaqişənin ədalətli həllinin tapılması xüsusilə vacibdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Bu faciəli hadisələr fonunda Fələstin məsələsinin beynəlxalq səviyyədə tanınmış ədalətli həlli xüsusilə vacibdir”, - deyən Rusiya lideri əlavə edib ki, bu gün Yaxın Şərq öz tarixinin ən çətin böhranlarından birini yaşayır.

Putin Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin qonşu ölkələrdə və bütövlükdə regionda gərginliyin artmasına səbəb olduğunu vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər