Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

PSJ Çempionlar Liqasının qalibi titulunu qoruyub

1 dəq
Paylaş:
PSJ Çempionlar Liqasının qalibi titulunu qoruyub

Çempionlar Liqasının 2025/2026-cı mövsümünün final matçı baş tutub. Macarıstanın paytaxtı Budapeştdə "Puşkaş Arena"da təşkil olunan həlledici görüşdə PSJ və "Arsenal" komandaları qarşılaşıb.

Gərgin keçən mübarizənin əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İngiltərə təmsilçisi 6-cı dəqiqədə Kay Havertsin qolu ilə hesabı açsa da, Paris klubu 65-ci dəqiqədə Usman Dembelenin penaltidən vurduğu qolla cavab verib.

Əlavə vaxtda da hesab dəyişmədiyindən müəyyənləşdirmək üçün penalti zərbələrinə müraciət olunub. 4:3 hesabı ilə rəqibindən üstün olan PSJ ikinci dəfə turnirin qalibi adını qazanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax