Cənubi Koreyada xüsusi prokurorluq qrupu məhkəməyə ölkənin keçmiş prezidenti Yun Sok-yola qarşı qiyam ittihamı üzrə ölüm hökmünün çıxarılmasını tövsiyə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, ölkənin Cinayət Məcəlləsinə əsasən, sui-qəsd və ya qiyamın rəhbəri üçün üç cəza növü nəzərdə tutulur: ölüm hökmü, ömürlük həbs və ictimai işlər görülmədən ömürlük həbs.
Xatırladaq ki, Yun Sok-yola qarşı qiyam ittihamı 2024-cü ilin dekabrında konstitusiyanı pozaraq ölkədə hərbi vəziyyət tətbiq etməsi ilə əlaqədar irəli sürülüb. Onun işi üzrə məhkəmə hökmünün fevral ayının əvvəlində elan ediləcəyi gözlənilir.
Qeyd edək ki, Cənubi Koreyada 1997-ci ildən bəri ölüm hökmü faktiki olaraq tətbiq olunmur.