Prokurorluq əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş tədbirdə iştirak edib

Prokurorluq əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş tədbirdə iştirak edib
30.12.2023 20:06
Aa
dəq

Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə dekabrın 30-da prokurorluq əməkdaşları Dövlət Akademik Flarmoniyasında keçirilən tədbirdə iştirak edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbirdə, həmçinin, Baş Prokurorluğun rəhbərliyinin dəvəti ilə Baş prokuror yanında Elm-Məsləhət Şurasının üzvləri, müxtəlif ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti, prokurorluğun veteran və pensiyaya çıxmış əməkdaşları, eləcə də, media subyektləri, qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Baş Prokuror Kamran Əliyev Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 2023-cü ildə prokurorluq orqanları tərəfindən dahi şəxsiyyətin əziz xatirəsinin yad edilməsi məqsədilə həyata keçirilmiş silsilə tədbirlərdən danışıb, bu ilin Azərbaycan dövləti və xalqı üçün olduqca uğurlu olduğunu, cənab Prezidentin rəhbərliyi ilə qazanılan qələbələr nəticəsində ölkəmizin bütün ərazisində suverenliyimizin bərpa edildiyini, tarixi Azərbaycan torpaqlarında, o cümlədən Xankəndi şəhərində üç rəngli bayrağımızın dalğalanmağa başladığını vurğulayıb, prokurorluq əməkdaşlarını, həmçinin, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və qarşıdan gələn yeni il münasibəti ilə təbrik edib, onlara növbəti ildə faəliyyətlərində uğurlar arzulayıb.

Konsertdə solistləri bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edib.

Tədbirdə zəngin təcrübəyə malik prokurorluğun veteranları ilə gəncləri arasında səmimi və mehriban ünsiyyətin qurulması üçün əlverişli fürsət yaranıb.

Həftənin ən çox oxunanları

Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi gələn həftə başa çatır

Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi gələn həftə başa çatır
DAVAMIN OXU davamın oxu

COP20-nin prezidenti: Yeni iqlim maliyyə hədəfinin uğursuz olmasına yol verilməməlidir

COP20-nin prezidenti: Yeni iqlim maliyyə hədəfinin uğursuz olmasına yol verilməməlidir
DAVAMIN OXU davamın oxu

Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlanıb

Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
DAVAMIN OXU davamın oxu

Əli Əsədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Əli Əsədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
DAVAMIN OXU davamın oxu