Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sabah hava yağıntılı olacaq: Rəsmi proqnoz açıqlandı

2 dəq
Paylaş:
Sabah hava yağıntılı olacaq: Rəsmi proqnoz açıqlandı

Azərbaycanda martın 8-də havanın arabir yağıntılı , ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli, gecəyə doğru isə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Paytaxtda havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 770 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Bölgələrdə temperatur gecə 2-5° isti, gündüz 6-9° isti olacaq. Dağlarda gecə 5-10° , yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz isə 0-5° şaxta müşahidə ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax