Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sabah hava necə olacaq? Külək və yağış xəbərdarlığı - YENİLƏNİB

2 dəq
Paylaş:
Sabah hava necə olacaq? Külək və yağış xəbərdarlığı - YENİLƏNİB

Azərbaycanın qərb rayonlarından başlayaraq martın 7-dən 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya rəsmi məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, çaylarda sululuğun artacağı proqnozlaşdırılır. Xüsusilə Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.

***

Milli Hidrometeorologiya Xidməti martın 7-də Bakıda yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli ilə bağlı xəbərdarlıq verib.

Xidmətdən “Operativ Məlumat Mərkəzi-OMM”-ə bildirilib ki, BakıdaAbşeron yarımadasında, eləcə də Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Salyan, Kəlbəcər, Laçın, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yevlax, Tərtər, Bərdə, Mingəçevir, Şirvan, Lerik və Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq -qərb küləyi əsəcək.

Proqnoza əsasən, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax