Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əli Əsədov Damen Shipyards-ın rəhbəri ilə görüşüb

2 dəq
Paylaş:
Əli Əsədov Damen Shipyards-ın rəhbəri ilə görüşüb

Azərbaycanın "Damen Shipyards Group" şirkətinin baş icraçı direktoru Arnout Damen ilə görüşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumat yayıb.

Görüşdə Azərbaycanla "Damen Shipyards Group" arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, şirkətin ölkədə reallaşdırılan layihələrdə iştirakı məmnunluqla vurğulanıb.

Azərbaycanın nəqliyyat-logistika mərkəzi kimi mövqeyinin və tranzit potensialının daha da gücləndirilməsinin gəmiqayırma və dəniz nəqliyyatı sahələrində əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.

Görüş zamanı ilə "Damen Shipyards Group" arasında gəmiqayırma, müasir dəniz texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev görüşdə iştirak edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax