Operativ Məlumat Mərkəzi

Prezident Yaponiyanın İmperatorunu təbrik edib

1 dəq
Paylaş:
Prezident Yaponiyanın İmperatorunu təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatorunu təbrik edib. "Operativ Məlumat Mərkəzi-OMM" təbrik məktubunu təqdim edir:...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatorunu təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" təbrik məktubunu təqdim edir:

“Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər