Operativ Məlumat Mərkəzi

Prezident: Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır

1 dəq
Paylaş:
Prezident: Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır
hazırda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində işin aparıldığını bildirən dövlət başçısı deyib: “Bu layihə həyata keçiriləndən...

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi barədə danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hazırda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində işin aparıldığını bildirən dövlət başçısı deyib:

“Bu layihə həyata keçiriləndən sonra biz Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə edəcəyik. Dünyanın bir neçə ölkəsi duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malikdir və bizim də Xəzər dənizi kimi böyük su hövzəmiz var. Təbii ki, biz bu imkandan da istifadə edəcəyik”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər