Prezident: "Vətən müharibəsində əldə olunan Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır"

Prezident: "Vətən müharibəsində əldə olunan Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır"
19.05.2023 14:35
Aa
dəq

"Vətən müharibəsində əldə olunan Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır və bu, özünü bütün sahələrdə göstərir".

"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, bunu Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən deyib.

Prezident İlham Əliyev Ulu Öndərin müasir Azərbaycan dövlətçiliyinin banisi və ölkəmizin inkişafının təminatçısı olduğunu vurğulayaraq qeyd edib ki, Ümummilli Lider prezidentlik fəaliyyətinə başlayarkən Azərbaycanın torpaqları ermənilər tərəfindən artıq işğal olunmuşdu, bu işğalın nəticəsində bir milyon soydaşımız tarixi yurdlarından didərgin düşmüşdü, işğal altında olan ərazilərimiz darmadağın edilmişdir. Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas məqsədi ərazi bütövlüyümüzün və müdafiə qabiliyyətimizin təmin edilməsi, güclü dövlət və iqtisadiyyat qurmaq idi. Dövlətimizin başçısı vurğulayıb ki, iki il yarım əvvəl Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və beləliklə, Ümummilli Liderin arzu və tapşırıqları həyata keçirildi.

Azərbaycan Prezidenti qeyd edib ki, 30 illik işğal dövründə xalqımız humanitar fəlakətlə üzləşmişdir, bir milyon soydaşımız evsiz-eşiksiz qalmışdır. Bu fakt Azərbaycanın inkişafı üçün böyük əngəllər törədirdi. İndi - torpaqlarımızın işğaldan azad edildiyi bir dövrdə ölkəmiz bütün sahələrdə böyük potensiala malikdir. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı qeyd edib ki, Vətən müharibəsində əldə olunan Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır və bu, özünü bütün sahələrdə göstərir.

Həftənin ən çox oxunanları

MDM və investisiya şirkətləri çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərəcək

MDM və investisiya şirkətləri çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərəcək
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 3

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 3
DAVAMIN OXU davamın oxu

Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar

Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
DAVAMIN OXU davamın oxu

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
DAVAMIN OXU davamın oxu