Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp Kanadaya qarşı 50%-lik rüsum qərarı verdi

2 dəq
Paylaş:
Tramp Kanadaya qarşı 50%-lik rüsum qərarı verdi

ABŞ Prezidenti Kanada ilə ticarət münasibətləri ilə bağlı sərt bəyanatla çıxış edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Tramp hesabında Kanadanın uzun illərdir ABŞ-ni iqtisadi baxımdan “aldatdığını” iddia edib və iki ölkə arasında 60 milyard dollarlıq ticarət kəsirinin qəbuledilməz olduğunu bildirib.

Trampın sözlərinə görə, 1 yanvar 2027-ci ildən etibarən Kanadadan idxal olunan avtomobillər, yük maşınları, avtomobil ehtiyat hissələri və polad məhsullarına gömrük rüsumları 50 faizə qaldırılacaq.

ABŞ Prezidenti amerikalı istehsalçıları ölkə daxilində istehsalı artırmağa çağıraraq, ABŞ-də istehsal olunan məhsulların sıfır rüsumla satılacağını vurğulayıb.

Tramp həmçinin Kanadanı ticarət sahəsində edilməsi ən çətin ölkələrdən biri adlandırıb. O, ABŞ-nin Kanadaya ehtiyacının olmadığını, əksinə, Kanada iqtisadiyyatının ABŞ-dən ciddi şəkildə asılı olduğunu bildirib.

Qeyd edək ki, ötən həftə ABŞ və Kanada arasında keçirilən ticarət danışıqları nəticəsiz başa çatıb.

Kanadanın ABŞ-nin təklif etdiyi şərtləri “iqtisadi cəhətdən qeyri-mümkün və ədalətsiz” adlandırıb. O, Vaşinqtonun yeni rüsumlarına qarşı Kanada işçilərini, fermerləri və biznes sektorunu qorumaq üçün adekvat tədbirlər görüləcəyini açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə