“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
15.01.2024 14:23
Aa
dəq

"Azərbaycan, artıq növbədənkənar prezident seçkilərinə də qalib tərəf kimi gedir".

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində politoloq Tural İsmayılov bildirib.

"Azərbaycan artıq qalib tərəf kimi regionda geniş şərtlər yaradır. Yeni şərtləri diqtə edən tərəfdir. Əlbəttə ki, qələbə qazanan bir ölkə kimi qalib diqtəsi yaradan Azərbaycan, artıq növbədənkənar prezident seçkilərinə də qalib tərəf kimi gedir və nəzərə almaq lazımdır ki, məhz Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra növbədənkənar prezident seçkilərinə gedilir. İlham Əliyev 2018-ci il seçkilərində də özünün və qarşısında duran əsas hədəfləri elan etmişdir və prezident seçildikdən sonra çox həssas və gərgin 2020-ci ildə qlobal pandemiyanın dünyanı cənginə aldığı bir vaxtda məhz prezident İlham Əliyev liderliyi ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Daha sonra isə 2023-cü ildə Azərbaycan lokal antiterror tədbirləri ilə suverenliyini tam bərpa etdi. Bundan sonra artıq ölkədə yeni reallıqlar yaranıb. 

Ölkənin regionda yeni reallıqların formalaşmasında rolu artıb və müstəqil Azərbaycanın tarixində bütün ölkə ərazisində bu seçkilər keçiriləcək. Nəzərə almaq lazımdır ki, bu seçkilər həm də ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti deməkdir. Artıq torpaqları işğalda olmayan bir ölkədə prezident seçkiləri keçirilir. Prezident seçkiləri 2025-ci ildə olacaqdı. Ancaq dediyim kimi, artıq bu qələbədən sonra yeni reallıqlar formalaşıb, eyni zamanda bu reallıqların fonunda Azərbaycanın baxışı idarəetmə modeli ilə bağlı islahatlar həyata keçirilir. Qarşıda dövlətimizin böyük hədəfləri var və bu konteksdə növbədənkənar prezident seçkilərinin tarixi əhəmiyyəti olacaq".

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

"Əsirlərin dəyişdirilməsi tarixi hadisədir" - ŞƏRH

DAVAMIN OXU davamın oxu