Bu dəqiqələrdə Kazanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Dövlət başçısı “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəlib.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi salamlayıb.