Əsas məzmuna keç

Prezident: Qazaxıstan haqlı olaraq dünya birliyinin böyük hörmətini qazanıb

Prezident: Qazaxıstan haqlı olaraq dünya birliyinin böyük hörmətini qazanıb

Əlbəttə, Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş mövqeyi böyük hörmətə layiqdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İlham Əliyev Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib.

"Qazaxıstanın beynəlxalq arenada nüfuzunu, ən mühüm qlobal məsələlərə dair ölçülüb-biçilmiş, prinsipial mövqeyini xüsusi qeyd etmək istərdim. Biz artıq beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə dair fikir mübadiləsi aparmışıq və bu gün hələ bu barədə diskussiyaları davam etdirəcəyik. Bu məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir. Bu halda qazaxıstanlı qardaşlarımızı təbrik etmək istərdim ki, ölkənin beynəlxalq arenada nüfuzu artır və Qazaxıstan olaraq dünya birliyinin böyük hörmətini qazanıb" - bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…