Əsas məzmuna keç

Prezident Overçuku qəbul etdi

Prezident Overçuku qəbul etdi

görüş əsnasında Rusiya tərəfi regionda mürəkkəb və gərgin şərait fonunda Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində operativ köməyə...

en ru

İlham Əliyev bu gün Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüş əsnasında Rusiya tərəfi regionda mürəkkəb və gərgin şərait fonunda Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində operativ köməyə görə rəhbərliyinə səmimi təşəkkürünü bildirib.

Azərbaycan-Rusiya münasibətlərinin gündəliyi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

zamanı qeyd edilib ki, Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqlar.

Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı iqtisadi-ticari, investisiya, sənaye və nəqliyyat-logistika əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsinə dair ortaq niyyətə diqqət yetirilib.

Görüşdə regionda əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işləri davam etdirmək üçün ortaq niyyət təsdiqlənib.

Söhbət əsnasında bir sıra humanitar məsələlər də müzakirə edilib.

Görüş Azərbaycan-Rusiya dövlətlərarası dialoquna xas olan ənənəvi dostluq və konstruktiv şəraitdə keçib.

Prezident Overçuku qəbul etdi

Prezident Overçuku qəbul etdi

Prezident Overçuku qəbul etdi

Prezident Overçuku qəbul etdi

Prezident Overçuku qəbul etdi

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…