Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Prezidenti: Xarici təhdidlərə qarşı müqavimətin əsası həmrəylikdir

2 dəq
Paylaş:
İran Prezidenti: Xarici təhdidlərə qarşı müqavimətin əsası həmrəylikdir

İran Prezidenti 1980-1988-ci illəri əhatə edən zamanı əldə olunan təcrübələrin bu gün də aktuallığını qoruduğunu bildirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, həmin dövrdə xalqın nümayiş etdirdiyi və iradənin bu gün artan xarici təzyiqlər və təhdidlər qarşısında ölkənin müqavimətinin əsas dayaqlarından biri olduğunu qeyd edib.

Prezidentin sözlərinə görə, İslam Respublikasının xarici müdaxilələrə qarşı dayanıqlılığını təmin edən üç əsas amil var. Bunlar səbir, həmrəylik və ümiddir.

Pezeşkian vurğulayıb ki, bu dəyərlərin qorunması İranın təhlükəsizliyinin təmin olunması və ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

İran Prezidenti xalqın birlik və iradəsinin ölkənin qarşılaşdığı çağırışların dəf edilməsində mühüm rol oynadığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax