Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Prezident: İran səfirliyinin Livandakı əməkdaşlarının təxliyəsinə kömək etdik, bunun müqabilində nakişi kimi Naxçıvana zərbə endirmək?!

2 dəq
Paylaş:
Prezident: İran səfirliyinin Livandakı əməkdaşlarının təxliyəsinə kömək etdik, bunun müqabilində nakişi kimi Naxçıvana zərbə endirmək?!

Bu gün səhər mənə məlumat verildi ki, İranın nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə kömək etsin. Çünki onların imkanı yoxdur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İlham Əliyev Şurasının iclasında deyib.

"Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək", - vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax