Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi Avropa enerji bazarının təminatında əsas rol oynayır

2 dəq
Paylaş:
Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi Avropa enerji bazarının təminatında əsas rol oynayır

İlham Əliyev 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib ki, hazırkı şəraitdə Avropa enerji bazarının Cənub Qaz olmadan fəaliyyətini təsəvvür etmək çətindir.

Azərbaycanın qaz təchizatı ilə bağlı göstəriciləri açıqlayaraq qeyd edib ki, ötən il 12 ölkəyə çatdırılan qazının alıcılarının sayı hazırda 16-ya çatıb. Onlardan 10-u Avropa İttifaqı üzvüdür və bu rəqəmin gələcəkdə daha da artacağı gözlənilir. Prezident vurğulayıb ki, qazın boru kəmərləri vasitəsilə nəqli coğrafiyası baxımından Azərbaycan dünyada lider mövqedədir.

Enerji layihələri və investisiya siyasəti:

  • "Azəri-Çıraq-Günəşli" dərin qaz layihəsi və yatağı hesabına qaz hasilatının artırılması nəzərdə tutulur.
  • Azərbaycan artıq xarici investorları cəlb etməklə yanaşı, özü də xaricə investisiya yatıran ölkəyə çevrilib.
  • SOCAR-ın Yaxın Şərq, Afrika və Mərkəzi Asiyadakı investisiya fəaliyyəti genişlənməkdədir.

İlham Əliyev çıxışında Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, eləcə də TANAP və TAP-ı özündə birləşdirən 3500 kilometrlik Cənub Qaz Dəhlizi sisteminin strateji əhəmiyyətini xüsusi qeyd edib. Prezident bildirib ki, yüksək dağlıq və dənizaltı ərazilərdən keçən bu infrastruktur layihələri bir çox ölkənin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax