Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev Pezeşkiana zəng etdi

2 dəq
Paylaş:
İlham Əliyev Pezeşkiana zəng etdi

Yanvarın 31-də Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə İran arasında münasibətlərin , və mehriban qonşuluq prinsiplərinə əsaslandığı və xalqlarımız arasında tarixi, etnik və dini bağların olduğu bir daha qeyd edilib.

əsnasında İran Prezidentinin Azərbaycana səfərləri, dövlət başçılarının görüşləri və apardıqları səmərəli danışıqlar məmnunluqla xatırlanıb, bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi üzrə işlərin qrafikə uyğun aparıldığı vurğulanıb.

Dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Məsud Pezeşkian öz tərəfindən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif aspektləri və gələcək birgə addımlar barəsində fikir mübadiləsi aparılıb, təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax