Əsas məzmuna keç

Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfər edib

Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfər edib

dövlət başçısı Kəlbəcər rayonunda Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində, “Azərenerji” ASC-nin “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik...

Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də rayonuna səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kəlbəcər rayonunda Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində, “Azərenerji” ASC-nin “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.

İlham Əliyevə uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlər barədə məlumat verilib.

Dövlət başçısı Kəlbəcərdə Hərbi hospitalın açılışında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin təməlqoyma mərasimlərində də iştirak edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…