Prezident idmançıları mükafatlandırıb

Prezident idmançıları mükafatlandırıb
12.07.2023 15:15
Aa
dəq

Prezident İlham Əliyev Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sərəncama əsasən, Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 900 000 (doqquz yüz min) manat vəsait ayrılıb.

Sərəncamla, Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi, yarışların çətinlik dərəcəsi, ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin idmançılara hissə-hissə ödənilməsinə dair qaydanı on beş gün müddətində hazırlayıb təsdiq etməlidir.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Həftənin ən çox oxunanları

Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək

Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
DAVAMIN OXU davamın oxu

VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
DAVAMIN OXU davamın oxu

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI
DAVAMIN OXU davamın oxu

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Azad edilən ərazilərdə faydalı qazıntı yataqları daha 2 il birbaşa istifadəyə veriləcək

Azad edilən ərazilərdə faydalı qazıntı yataqları daha 2 il birbaşa istifadəyə veriləcək
DAVAMIN OXU davamın oxu