Operativ Məlumat Mərkəzi

Prezident: "Azərbaycanın Ali Avrasiya İqtisadi Şurasına üzv ölkələrlə ticarət dövriyyəsi artıb"

1 dəq
Paylaş:
Prezident: "Azərbaycanın Ali Avrasiya İqtisadi Şurasına üzv ölkələrlə ticarət dövriyyəsi artıb"

Azərbaycanın Ali Avrasiya İqtisadi Şurasına üzv olan ölkələrlə ticarət dövriyyəsi ötən il 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi əlavə 38 faiz artıb.

Dövlət başçısının sözlərinə görə, ötən il Ali Avrasiya İqtisadi Şurasına üzv olan ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 9 faizə yaxın təşkil edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər