Əsas məzmuna keç

Prezident: Azərbaycan və İsrail arasında kibertəhlükəsizlik sahəsində aktiv kommunikasiya başlayıb

Prezident: Azərbaycan və İsrail arasında kibertəhlükəsizlik sahəsində aktiv kommunikasiya başlayıb

və İsrail arasında sahəsində kommunikasiya başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatlarla çıxış zamanı deyib.

“Nisbətən yeni əməkdaşlıq etməyə başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Biz çox şadıq ki, indi kibertəhlükəsizlik sahəsində aktiv kommunikasiya başlayıb. Sirr deyil ki, bu gün kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin vacib faktıdır. İsrail şirkətlərinin bu sahədəki böyük təcrübəsi bizim üçün faydalı olacaq”, - qeyd edib.

İlham Əliyev vurğulayıb ki, hədəflərə nail olunması və təhdidlərdən qorunulması baxımından gənc nəslin bu istiqamətdə təlimi və təhsili fundamental faktordur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…