Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev Qarabağa səfərinə görə Slovakiya prezidentinə təşəkkür etdi

2 dəq
Paylaş:
İlham Əliyev Qarabağa səfərinə görə Slovakiya prezidentinə təşəkkür etdi

İlham Əliyev dəvətini qəbul edib Qarabağa səfər etdiyinə görə Slovakiya Prezidenti Peter Pelleqriniyə təşəkkürünü bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Şuşada slovakiyalı həmkarı ilə birgə mətbuata bəyanatla çıxışı zamanı ticarət, iqtisadi əlaqələr, energetika, hərbi-texniki sahədə və digər sahələrin prioritet təşkil etdiyini vurğulayıb.

İlham Əliyev bundan sonra da münasibətlərin inkişaf edəcəyinə əmin olduğunu söyləyib:

"Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr apardıq. Nümayəndə heyətlərinin üzvləri daim təmasdadır. Slovakiya Prezidentinin səfəri sabah Bakıda davam etdiriləcək. Bir daha mənim dəvətimi qəbul etdiyi, səfərini Qarabağ etdiyi üçün ona təşəkkür edirəm. Bu bir daha münasibətlərimizin nə qədər səmimi və mehriban olduğunu göstərir. Əminəm ki, bundan sonra da münasibətlərimiz inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq".

lideri əlavə edib ki, hər iki ölkə ikitərəfli münasibətlərə çox böyük önəm verir:

"Son illər ərzində çox güclü tərəfdaşlığın yaradıldığını deyə bilərəm. Eyni zamanda, Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana ilk dəfə səfər etmir. Slovakiyadan olan yüksək vəzifəli şəxslər arasında birinci insan idi – hələ əvvəlki vəzifədə olarkən Azərbaycan səfər etmişdir. Həm parlament sədri kimi, həm baş nazir kimi - prezident kimi də bizim iqlim konfransında iştirak etmişdir. Bu gün də rəsmi səfərlə Azərbaycandadır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax