Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev: Azərbaycan üzərindən yükdaşımaları iki dəfə artıracağıq

2 dəq
Paylaş:
İlham Əliyev: Azərbaycan üzərindən yükdaşımaları iki dəfə artıracağıq

vasitəsilə daşınan yüklərin həcminin iki dəfə artırılması nəzərdə tutulur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

Dövlət başçısının sözlərinə görə, gələcəkdə Azərbaycanın daşımalar qovşağına çevrilməsi üçün səylər davam etdirilir:

"Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik. Hazırda bu daşımaların həcmi 15 milyon tondur. Əlbəttə, burada hər bir şey bizdən asılı deyil. Geosiyasi vəziyyət, qonşuluq münasibətləri də buna təsir edir. Planımızda ərzaq təhlükəsizliyinin təmin olunması da var. Kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramı qəbul etmişik. Özümüzü maksimum dərəcədə təmin edən səviyyədə məhsul yetişdirəcəyik".

Prezident ölkənin su təsərrüfatı və bərpa olunan mənbələri ilə bağlı əməkdaşlıqdan da bəhs edib:

"Bu mövzuda İslam İnkişaf Bankına təşəkkür edirəm. Onlar bizə su kanallarının çəkilməsində, su bəndlərinin tikilməsində, suya çıxışın əldə edilməsində kömək ediblər. Bu da məhsuldarlıq baxımından vacibdir. Bərpa olunan enerji mənbələri ilə bağlı da və yerli şirkətlərlə müqavilələr bağlanılıb. 2032-ci ilə qədər 8 qiqavatlıq günəş və külək enerjisi təmin olunacaq. Bu barədə müqavilə imzalanıb. Artıq bunun ixracı barədə düşünməliyik. İstiqamət birbaşa Avropadır. Hamı bilir ki, gələcəkdə onlara həmin enerji lazım olacaq".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax