Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hava şəraiti ilə bağlı xəbərdarlıq: intensiv yağışlar gözlənilir

2 dəq
Paylaş:
Hava şəraiti ilə bağlı xəbərdarlıq: intensiv yağışlar gözlənilir

Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlığa əsasən, Bakıda və yarımadasında mayın 29-u axşam saatlarından 30-u səhərədək fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Yarımadanın bəzi ərazilərində yağışın qısamüddətli intensivləşəcəyi və şimşək çaxacağı istisna edilmir.

Ölkənin digər bölgələrində də qeyri-sabit olacaq. Mayın 29-u gündüz saatlarından başlayaraq 31-i gündüzədək və qərb rayonlarından etibarən bəzi yerlərdə yağıntılı müşahidə olunacaq. Bu müddət ərzində aşağıdakı təbiət hadisələrinin baş verməsi ehtimalı var:

  • -ayrı yerlərdə qısamüddətli intensiv yağıntı və şimşək çaxması;
  • Dolu düşməsi;
  • Yüksək dağlıq ərazilərdə qar yağması;
  • Mayın 29-da bəzi yerlərdə yağıntının güclənməsi.

Yağıntılarla bağlı çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. Qeyri-sabit hava şəraiti ilə əlaqədar ölkə ərazisində temperatur ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax