Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakı və Ağdaşda elektrik kəsintisi olacaq

2 dəq
Paylaş:
Bakı və Ağdaşda elektrik kəsintisi olacaq

Bu gün Bakı və Ağdaşın bəzi ərazilərinə enerjisinin verilişində fasilələr yaranacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, həmçinin artan yük tələbatının qarşılanması məqsədilə avqustun 5-də paytaxtda Transformator Məntəqəsində (TM), Ağdaşda 10 kV-luq hava xəttlərində aparılacaq.

Bununla əlaqədar Yasamal Rayon Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Cəfər Cabbarlı, Zivər bəy Əhmədbəyov, Məhəmməd Naxçıvani küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Nərimanov RETSİ-yə daxil olan Böyükşor qəsəbəsinin bəzi əraziləri saat 09:00-dan 13:00-dək gərginliksiz qalacaq.

Planlı fasilə saat 10:00-dan 13:00-dək Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) ərazisində Aşağı Ağcayazı, Yuxarı Ağcayazı, Dəhnə kəndləri, Türyançay qəsəbəsi, eləcə də şəhər ərazisində 42-ci məhəlləni, saat 10:00-dan 14:00-dək Qoşaqovaq, Qolqəti, Şəkili kəndlərini əhatə edəcək.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax