Operativ Məlumat Mərkəzi

Rusiyanın Karakasdakı səfiri Maduronun vətənə qayıdışını proqnozlaşdırır

2 dəq
Paylaş:
Rusiyanın Karakasdakı səfiri Maduronun vətənə qayıdışını proqnozlaşdırır

“Əsir götürülmüş Maduro bir gün Venesuelaya qayıdacaq”.

“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, bu barədə Rusiyanın Karakasdakı Sergey Melik- Rusiya dövlət televiziyasına müsahibəsində bildirib.

qeyd edib ki, Maduronu dəstəkləyən mitinqlərə və nümayişlərə qatılan insanlar onun ölkəyə qayıdışının mümkün olduğuna inanırlar. “Mənə elə gəlir ki, bu mümkündür”, – deyə o vurğulayıb.

Melik-Bağdasarov bildirib ki, siyasət dinamik və dəyişkəndir: “Əlbəttə ki, nəsə baş verəcək. Bu dünyada daimi heç nə yoxdur”.

Səfirin sözlərinə görə, Venesuela xalqı Nikolas Maduroya qarşı irəli sürülən ittihamların uydurma olduğunu anlayır.

Maduronun ittiham olunduğu məsələlərdə günahkar olmadığı açıq-aydındır və xalq buna inanır. Xalq ədalətin qalib gələcəyinə inanır. Bunun hansı formada baş verəcəyi – Amerika ədalətinin qərarı, siyasi qərar və ya başqa bir mexanizm vasitəsilə olması isə artıq yalnız formadır”, – deyə diplomat yekunlaşdırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax