Françesko Fariolinin rəhbərliyi altında “Porto”nun Tirell Malasiya ilə maraqlandığı barədə yayılan əvvəlki media xəbərləri rəsmi şəkildə təkzib edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu iddialar əsassız şayiə kimi qiymətləndirilir.
26 yaşlı hollandiyalı müdafiəçi ciddi zədədən sonra daha çox oyun vaxtı qazanmaq məqsədilə transfer variantlarını dəyərləndirir.
Onunla Seriya A və Türkiyə Super Liqası klublarının maraqlandığı bildirilir. Həmçinin Böyük Beşlik liqalarından adı açıqlanmayan bir klubun konkret maraq göstərdiyi qeyd olunur.
Malisiyanın Hollandiyaya qayıdışı hazırda real seçim hesab edilmir. “Mançester Yunayted” ilə isə transferlə bağlı hələlik hər hansı razılaşma əldə olunmayıb. Hollandiyalı futbolçunun klubla müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.
Qeyd edək ki, milli komandada 9 oyuna çıxan Malasiya bu mövsüm Premyer Liqada yalnız bir dəfə meydana çıxıb. “Transfermarkt” portalına görə, onun bazar dəyəri 5 milyon avro təşkil edir. Bu da oyunçunun daha çox dəqiqə oynamaq istəyini daha da aktuallaşdırır.