1 aprel 2026-cı il tarixindən etibarən Rusiya vətəndaşları artıq beş illik biometrik olmayan pasportlarla Polşaya daxil ola bilməyəcəklər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, bu cür sənədlərlə Polşaya giriş və ölkədə qalmaq qanunsuz hesab ediləcək.
Həmin sənədlərin sahibləri əvvəlcə yeni biometrik (on illik) ümumi təyinatlı vətəndaş xarici pasportları üçün müraciət etməlidirlər.
Aİ ölkələrindən olan köhnə Rusiya xarici pasportları Almaniya, Rumıniya, Çexiya, Danimarka, Estoniya, Fransa, İslandiya, Latviya və Litva tərəfindən də tanınmır.