Əsas məzmuna keç

Polşada ukraynalıların yerli sakini öldürməsi ilə bağlı Kiyevdən reaksiya

Polşada ukraynalıların yerli sakini öldürməsi ilə bağlı Kiyevdən reaksiya

Polşanın Bıtuv şəhərində baş verən və ölümlə nəticələnən insidentlə bağlı Ukraynanın Polşadakı səfiri açıqlama verib.

en ru

Polşanın Bıtuv şəhərində yerli cütlüyə qarşı baş verən hücumla bağlı Ukraynanın Polşadakı səfiri Vasili Bodnar açıqlama verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “Do Rzeczy” nəşrinin məlumatına görə, səfir baş vermiş hadisəni kəskin şəkildə pisləyərək, sivil cəmiyyətdə bu cür zorakılığa yer olmadığını bildirib.

Vasili Bodnar qeyd edib ki, heç kimin başqasının həyatına son qoymağa haqqı yoxdur. Onun sözlərinə görə, hüquqi dövlətdə hər bir şəxs yalnız günahı sübuta yetirildikdən sonra törətdiyi cinayətə görə ədalətli şəkildə cəzalandırılmalıdır.

Məlumata görə, hadisə iyulun 9-da Bıtuv şəhərində baş verib. Üç ukraynalıdan ibarət qrupun yerli cütlüyə hücum etməsi nəticəsində ağır xəsarət alan polşalı kişi həyatını itirib. Hazırda hadisənin bütün təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, bu, son dövrlər Polşada qeydə alınan ilk belə hadisə deyil. Daha əvvəl də ölkədə milliyyət zəminində qarşıdurmalar yaşanıb. Belə ki, bir polşalı vətəndaş öz həmvətənini ukraynalı hesab edərək ona fiziki zorakılıq göstərmiş, baş nahiyəsinə iki zərbə endirmiş və Polşada yerinin olmadığını bildirmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…