Operativ Məlumat Mərkəzi

Polşada hərbi təyyarə qəzaya uğrayıb

1 dəq
Paylaş:
Polşada hərbi təyyarə qəzaya uğrayıb
bu barədə TVP İnfo portalı Polşa Silahlı Qüvvələrinin komandanlığının nümayəndəsi polkovnik-leytenant Marek Pavlaka istinadən məlumat yayıb. "Hazırda...

Polşa ordusunun Bielik adı altında istifadə etdiyi M-346 Master təlim təyyarəsi Polşanın Qdynia-Kosakovo hava limanında qəzaya uğrayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TVP İnfo portalı Polşa Silahlı Qüvvələrinin komandanlığının nümayəndəsi polkovnik-leytenant Marek Pavlaka istinadən məlumat yayıb.

"Hazırda bildiyimiz tək şey budur ki, təlim təyyarəsi hava limanının uçuş-enmə zolağına çarpdıqdan sonra alovlanıb", - deyə ordudan bildirilib.

İlkin məlumata görə, təyyarədə yalnız pilot olub.

Uçuşun təlim uçuşu olduğu məlum olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər