Operativ Məlumat Mərkəzi

Polşa Ukraynaya sülhməramlılar göndərməyi planlaşdırmır

1 dəq
Paylaş:
Polşa Ukraynaya sülhməramlılar göndərməyi planlaşdırmır
{"az":"bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib. \"Bizim üçün ən vacib vəzifə Rusiya və Belarusla sərhədləri qorumaqdır\", - deyə o qeyd edib....","en":"","ru":""}

Münaqişə həll olunsa və Ukrayna tərəfi sülhməramlı missiya tələb etsə belə, Polşa öz hərbi personalını sülhməramlı qoşunlarının tərkibində Ukraynaya göndərməyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

"Bizim üçün ən vacib vəzifə Rusiya və Belarusla sərhədləri qorumaqdır", - deyə o qeyd edib.

Sikorski Polşanın "Ukraynaya hərbi personal göndərmək istəyən ölkələr üçün logistik dəstək bazası olmağa davam edəcəyini" də vurğulayıb. O əlavə edib ki, Varşava bu məqsədlə xüsusilə hava limanları və dəmir yolu infrastrukturu təmin edəcək.

Polşa Xarici İşlər Nazirliyinin rəhbəri "Ukraynada atəşkəs danışıqlarının bəzi insanların düşündüyündən qat-qat çətin olacağı" fikrini də bildirib. O, həmçinin söz verib ki, Varşava Kiyevə dəstəyini davam etdirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər