Əsas məzmuna keç

Polşa səfiri Ukrayna XİN-ə çağırılıb

Polşa səfiri Ukrayna XİN-ə çağırılıb

bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko məlumat verib. Bu addımın atılmasına səbəb kimi, Polşa Prezidentinin...

Polşanın Kiyevdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nikolenko məlumat verib.

Bu addımın atılmasına səbəb kimi, Prezidentinin beynəlxalq məsələlər üzrə rəsmi nümayəndəsi Marçin Pşidaçın səsləndirdiyi fikirlər göstərilib. Belə ki, Pşidaçın sözlərinə görə, Ukrayna Polşadan xeyli sayda yardım alıb və yaxşı olardı ki, son dövrdə ölkəsinin Ukrayna üçün oynadığı rol Kiyev tərəfindən qiymətləndirilsin. O həmçinin Ukraynanı nankorluqda ittiham edib.

Ukrayna XİN isə öz növbəsində səfirə bildirib ki, ukraynalıların Polşaya qarşı guya nankorluq etmələri barədə bəyanatlar həqiqətə uyğun deyil və qəbuledilməzdir.

Polşa səfirinin diqqətinə o da çatdırılıb ki, Ukrayna-Polşa dostluğunun dərin kökləri var və heç bir bəyanat Kiyevlə Varşavanın Avropada birlikdə gələcək qurmasına mane olmayacaq

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…