Əsas məzmuna keç

Polşa pensiya yaşının artırılması məsələsini referenduma çıxaracaq

Polşa pensiya yaşının artırılması məsələsini referenduma çıxaracaq

bu barədə ölkənin keçmiş baş naziri, Avropa Parlamentinin üzvü Beata Şidlo bildirib. Avropa Parlamentinin deputatı xatırladıb ki, hazırda Polşada pensiya...

Polşada pensiya yaşının artırılması məsələsi referenduma çıxarılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin keçmiş baş naziri, Avropa Parlamentinin üzvü Beata Şidlo bildirib.

Avropa Parlamentinin deputatı xatırladıb ki, hazırda Polşada pensiya yaşı qadınlar üçün 60, kişilər üçün isə 65-dir.

Həmçinin oktyabrın 15-nə təyin edilmiş parlament seçkiləri ilə eyni vaxtda ölkədə miqrantların Avropaya köçürülmə proqramı çərçivəsində qəbulu məsələsi ilə bağlı referendumun keçirilməsi nəzərdə tutulub. Polşanın hakim partiyasının sədri Yaroslav Kaçinski dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsində polyakların fikrini öyrənməyi təklif edib. Hələlik hakimiyyət eyni vaxtda üç referendum keçirib-keçirməyəcəyini açıqlamayıb.

Pensiya

Oktyabr pensiyası 2026

  1. Bakı, Sumqayıt, Abşeron 14 oktyabr · Ödənilib
  2. Naxçıvan MR 7 oktyabr · Ödənilib
  3. Digər bölgələr ən gec 20 oktyabr
Son aylar, artım və pensiya rəqəmləri ›

Pensiya ödənişi başlayanda bildiriş alın: gün açıqlananda və ödəniş günü.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…