Polşalı mütəxəssislər Ukrayna Silahlı Qüvvələrinin 25 mindən çox hərbi qulluqçusuna təlim keçib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Polşa prezidentinin ofisinin saytında yerləşdirdiyi Şərqi Avropa Araşdırmaları üzrə Varşava Mərkəzinin xüsusi hesabatının məlumatları sübut edir.
“Bu günə qədər biz təxminən 25 000 Ukrayna əsgərinə təlim keçmişik”, - hesabatda deyilir.
Sənəddə qeyd edilir ki, Polşa pilotlar, tank ekipajları, artilleriyaçılar, logistika mütəxəssisləri və texniki kadrlar hazırlayır.
Vurğulanır ki, Varşavanın özü və tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində Ukrayna Silahlı Qüvvələri üçün 500-dən çox təlim proqramı təşkil edilib.