Politoloq: "Ermənistanın Azərbaycana qarşı hansısa iddialar irəli sürməsi absurddur"

Politoloq: "Ermənistanın Azərbaycana qarşı hansısa iddialar irəli sürməsi absurddur"
15.05.2023 16:25
Aa
dəq

"Brüsseldə üçtərəfli görüşün keçirilməsi regionda sülhün, təhlükəsizliyin və sabitliyin gücləndirilməsində xidmət edir".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında politoloq İlyas Hüseynov deyib.

İlyas Hüseynov qeyd edib ki, görüşdə iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, sərhədlərin delimitasiyası, mina terrorunun qarşısının alınması və itkin düşmüş şəxslərin aqibətinin müəyyənləşdirilməsi müzakirə olunurdu. Digər tərəfdən Azərbaycan diplomatiyası burada böyük bir nailiyət əldə elədi. Belə ki, "Alma-Ata Bəyannaməsi"nə Ermənistanın tərəfdar olması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış 86,6 min kvadrat kilometr ərazisinin qəbul olunması çox mühüm bir nəticə idi.

"Düşünürəm ki, məhz, Brüssel görüşünün əhəmiyyətini bu nəticə bir qədər yüksəldir. Digər tərəfdən qeyd etməliyik ki, Laçın yolu üzərində nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın siyasi iradəsi nəticəsində mümkün oldu və artıq Brüssel formatında Avropa İttifaqı Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə biz məhz nəzarət- buraxılış məntəqəsinə dair hər hansı bir fikrin işlədilməsini görmədik, bu da çox mühüm nailiyyət hesab olunur. Brüssel formatı ümumilikdə danışıqlar müstəvisində böyük effektivliyi ilə yadda qalır".

İlyas Hüseynov vurğulayıb ki, Brüssel sülh görüşü çərçivəsində Ermənistanın Zəngəzur dəhlizinin açılmasını zəruriliyini vurğulaması, bir qədər öncə də Nikol Paşinyanın Parlamentdə çıxışında vurğulmışdı - Ermənistan artıq bununla barışır ki, Azərbaycan iqtisadi və nəqliyyat nöqteyi nəzərdən ümumi uğurlu bir yol keçib və burada Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsə iqtisadi inteqrasiyadan yararlana bilər, iqtisadi mənfəət əldə edə bilər. Digər tərəfdən artıq Azərbaycan şərtləri diqtə edən dövlət kimi özünü göstərir.

"Burada Ermənistanın Azərbaycana qarşı hansısa iddialar irəli sürməsi də absurddur. Azərbaycan regionda davamlı sülhü vəd edən təşəbbüslərinə qarşı Ermənistan hər hansısa alternativi təqdim edə bilmir, sülhə qarşı çıxır, sülhü pozur, müxtəlif hərbi-siyasi təxribatlar törədir, lakin bu sülh prosesini sarsıtmır. Sülh təşəbbüslərinə qarşı Ermənistan heç nə edə bilmir və sülh müqaviləsi, sülh prosesi artıq reallaşmağa doğru gedir, kənar güclərin vasitəçiliyi, müdaxiləsi ilə sülhü pozmağa dair cəhdlər də uğursuz olur".

Aygün İsmayılova 

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu