Masallı rayonunda həyata keçirilən əməliyyat tədbirləri nəticəsində vətəndaşdan küllü miqdarda narkotik vasitə müsadirə edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və satışına qarşı xüsusi əməliyyat keçirilib.
Tədbir zamanı saxlanılan, əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 37 yaşlı Cəlal Nurullayevdən ümumilikdə 5 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə C.Nurullayev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.