Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Ukrayna ilə tarixi münasibətlərin normallaşdırılması çərçivəsində “Volın qırğını” ilə bağlı üç əsas şərt irəli sürdüyünü açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazirin sözlərinə görə, iki ölkə arasında gələcək əməkdaşlığın möhkəm əsaslar üzərində qurulması üçün həqiqət, yaddaş və üzrxahlıq prinsipləri təmin olunmalıdır.
Polşa Ukraynaya hərbi yardım göstərməkdən imtina etdi
Kosinyak-Kamış bildirib ki, Ukrayna tərəfinin tarixi hadisələrə açıq yanaşması böyük əhəmiyyət daşıyır. O vurğulayıb ki, ortaq tarixi yaddaşın qorunması hər iki xalqın məsuliyyətidir, rəsmi üzrxahlıq isə münasibətlərin inkişafı üçün vacib şərtlərdən biridir.
Məlumata görə, iyulun 11-də Polşada “Volın qırğını”nın ildönümü münasibətilə anım tədbirləri keçirilib. Milli Yaddaş İnstitutunun rəhbəri Karol Navroçki bildirib ki, Polşa dövləti ukraynalı millətçilər tərəfindən törədildiyini bildirdiyi cinayətləri unutmamaq və xatırlatmaq mövqeyini davam etdirəcək.
Bundan başqa, Polşa hakimiyyəti ölkə ərazisində “Ukrayna Millətçiləri Təşkilatı”nın (OUN) qara-qırmızı bayraqlarının istifadəsinin qadağan olunmasını nəzərdə tutan təşəbbüs üzərində çalışdığını açıqlayıb.