ABŞ Silahlı Qüvvələrinin zabitləri Pit Heqset tərəfindən Ordu Baş Qərargah rəisi general Rendi Corcın işdən çıxarılması qərarından narazılıqlarını bildiriblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, istefa Heqset ilə Ordu rəhbərliyi arasında, o cümlədən kadr məsələləri ilə bağlı münaqişə fonunda baş verib. Bu qərar yüksək rütbəli zabitləri qıcıqlandırıb və onlar bunu ABŞ ordusuna daha bir zərbə hesab edirlər.
Qəzet yazır ki, Corcun yerinə general Kristofer Lanivinin gələcəyi gözlənilir. O, Corcun müavini vəzifəsində çalışıb və eyni zamanda Heqsetin keçmiş köməkçisi olub.