Əsas məzmuna keç

Pirallahı qəsəbəsində Elmar Nəbiyev küçəsi əsaslı təmir edilib

Pirallahı qəsəbəsində Elmar Nəbiyev küçəsi əsaslı təmir edilib

Yolları Dövlət Agentliyi (AAYDA) Bakı şəhərinin Pirallahı qəsəbəsində Elmar küçəsi əsaslı təmir edib.

"Operativ Məlumat Mərkəzi-OMM" AAYDA-ya istinadən xəbər verir ki, 1,3 km uzunluğa, ortalama 5 metr enə malik sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı ilə bu problem aradan qaldırılıb.

Yenidənqurma işləri çərçivəsində olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri icra olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…