Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA Millətlər Liqasının oyununa təyinat alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət Sloveniya və Belarus yığmaları arasında keçiriləcək matçın UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma oktyabrın 31-də Sloveniyada oynanılacaq.