Pezeşkian: İran Azərbaycanla bütün sahələrdə strateji əlaqələrin olması üçün səy göstərəcək

Pezeşkian: İran Azərbaycanla bütün sahələrdə strateji əlaqələrin olması üçün səy göstərəcək
28.04.2025 15:26
Aa
dəq

İran Azərbaycanla bütün sahələrdə strateji əlaqələrin olması üçün səy göstərəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransında danışıb.

O qeyd edib ki, iki ölkə problemlərini birlikdə, danışıq yolu ilə həll edə bilər:

“Bir-birimizin ərazi bütövlüyünə qarşılıqlı hörmətlə region ölkələri olaraq əlaqələri gücləndirə bilərik. Yollar və maliyyə kanalları aça bilərik. Bu yolla bir-birimizə kömək edərik. İstehsalçılarımız birgə çalışa bilərlər. Bizim aramızda başqalarının ixtilaf yaratmasına imkan verməməliyik”.

Həftənin ən çox oxunanları