Pezeşkian dünya liderlərini Yaxın Şərqin işlərinə qarışmamağa çağırıb

Pezeşkian dünya liderlərini Yaxın Şərqin işlərinə qarışmamağa çağırıb
17.01.2025 17:04
Aa
dəq

Yaxın Şərqdəki problemlər region daxilində həll edilməlidir və digər dünya liderlərinin müdaxiləsi vəziyyəti daha da pisləşdirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

“Bizim ali liderimiz və hamımız hesab edirik ki, regionun problemləri yalnız regional oyunçular arasında razılaşma yolu ilə həll edilməlidir. Regiondankənar güclərin olmasına ehtiyac yoxdur, bu, vəziyyəti daha da gərginləşdirə bilər”, - deyə İran prezidenti vurğulayıb.

Həftənin ən çox oxunanları