İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin bölgədəki hərbi mövcudluğu ilə bağlı sərt açıqlama verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, prezident çıxışında ABŞ-nin regiondakı hərbi bazalarının ev sahibi ölkələri təhlükə altına saldığını və bu vəziyyətin İrana həmin obyektləri “qanuni hədəf” kimi qiymətləndirməyə imkan verdiyini bildirib.
Məlumata görə, Pezeşkian qeyd edib ki, regionda xarici hərbi qüvvələrin mövcudluğu təhlükəsizliyi artırmır, əksinə, gərginliyi daha da yüksəldir.
Bildirilib ki, İran Prezidenti həmçinin Hörmüz boğazı ilə bağlı təhlükəsizlik məsələlərinə toxunaraq, bölgədə yarana biləcək hər hansı gərginliyə görə ABŞ və İsrailin məsuliyyət daşıdığını iddia edib.